BİZİMLƏ ƏLAQƏ
İnvestisiya alətləri

İnvestisiya qiymətli kağızları- buraxılışlarla yerləşdirilən və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. İnvestisiya qiymətli kağızlarına istiqraz və səhmlər daxildir:
     
     İstiqraz
- emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır.
   
    Səhm
- mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.

İpoteka kağızı- mülkiyyətçisinə ipoteka müqaviləsində göstərilən, əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağızdır

Veksel- adlı qiymətli kağızlardır, veksel verən onların vasitəsilə müəyyən şəxsə müəyyən məbləğ ödəmək barəsində başqa şəxsə (ödəyiciyə) göstəriş verir (köçürmə vekseli) və ya hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləğ ödəməyi öhdəsinə götürür (sadə veksel)

Repo- mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatı nəzərdə tutulur. Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Əks-Repo isə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutan əməliyyatdır. Əks-REPO-nun tətbiq olunmasında məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli dövrdə artırılmasıdır

Törəmə maliyyə alətləri- hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Baza aktivi qismində qiymətli kağız, valyuta, faiz dərəcəsi, gəlirlik, törəmə maliyyə aləti, əmtəə, maliyyə indeksi, kredit riski və s. çıxış edə bilər. Törəmə maliyyə alətlərinə fyuçerslər, opsionlar, svoplar aid edilir.

Renkinq
"Paşa Kapital İnvestisiya Şirkəti" QSC
273,302,580.29
"AzFinance İnvestisiya Şirkəti" QSC
172,707,244.97
"Unicapital İnvestisiya Şirkəti" ASC
163,161,998.85
"İnvest-Az İnvestisiya Şirkəti" QSC
161,895,377.75
"PSG Kapital İnvestisiya Şirkəti" QSC
26,963,900.16
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC
13,037,956.87
Ətraflı