BİZİMLƏ ƏLAQƏ

Məqsədlərimiz
 
  • Qiymətli kağızlar bazarında investorların və bu kimi digər fond bazarı iştirakçılarının maraqlarının qorunmasına kömək etmək;
  • Qiymətli kağızlar bazarının inkişafına kömək etmək;
  • Qiymətli kağızlar bazarı sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və onun Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında tətbiqi imkanlarının araşdırılması;
  • Qiymətli kağızlar bazarı sahəsində maarifləndirmə işi aparmaq;
  • Qiymətli kağızlar bazarının iştirakçılarının peşəkarlıq səviyyələrinin artırılmasına kömək etmək;
  • Birliyin üzvü olan qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyətinin etik normalarının müəyyən edilməsi və ona riayət edilməsini təmin etmək;
  • Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlə məşğul olan təşkilatların əməkdaşları üçün QKDK-nin ixtisas tələblərinə uyğun olaraq hazırlanması üçün tədris proqramlarının hazırlanması;
  • Qiymətli kağızlar bazarı və qiymətli kağızlar haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı QKDK-ə təkliflərin təqdim edilməsi;
  • Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının qiymətli kağızlar bazarında olan reytinqini müəyyən edilməsi;
  • Qiymətli kağızlar bazarı sahəsində elmi araşdırmaların aparılması;
  • Qiymətli kağızlar bazarı və qiymətli kağızlar haqqında məsləhətlərin verilməsi;
  • Müxtəlif kursların, seminarların, görüşlərin, sərgilərin, konfransların, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi;
  • Məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis etmək;
  • Azərbaycan Respublikasının müvafiq dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq etmək.

Hüquq və vəzifələri
 
  • Məqsədləri və  fəaliyyəti barədə məlumatları sərbəst yayır;
  • Banklarda hesab açır və hesablaşmalar aparır, müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olur;
  • Müvafiq dövlət orqanları qarşısında proqram, konsepsiya, qanun layihələri və digər təkliflərlə  çıxış edir;
  • Konfranslar, seminarlar,  dəyirmi masalar, tədris və metodoloji yardımlar və s. tədbirlər təşkil edir;
  • Sosioloji sorğular keçirir;
  • Müxtəlif məsələlərlə bağlı bülletenlər buraxır, elmi-kütləvi ədəbiyyat  və  müvafiq materiallar çap etdirir və yayımını həyata keçirir;
  • Müqavilə və sazişlər bağlayır, sifarişlər verir;
  • Müvafiq instansiyalar qarşısında təkliflərlə çıxış edir;
  • Qanunvericiliyə uyğun olaraq beynəlxalq əlaqələr yaradır, beynəlxalq  ictimai birliklərə daxil olur;
  • Birlik dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə qanunsuz müdaxilə etmir, Azərbaycan Respublikası qanunvericiliyinə zidd hərəkətlərə yol vermir və bu Nizamnamənin  tələblərindən kənara çıxmır.  Birlik siyasi partiyalara maliyyə və başqa yardım göstərmir.

Renkinq
"Paşa Kapital İnvestisiya Şirkəti" QSC
505,644,053.83
"Unicapital İnvestisiya Şirkəti" ASC
291,548,385.28
"İnvest-Az İnvestisiya Şirkəti" QSC
222,476,473.80
"AzFinance İnvestisiya Şirkəti" QSC
178,185,842.17
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC
79,924,854.59
"PSG Kapital İnvestisiya Şirkəti" QSC
26,833,110.09
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC
0.00
Ətraflı