BİZİMLƏ ƏLAQƏ
Peşəkar İştirakçılar

Milli Depozit Mərkəzi

Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Depozitarıdır. Mərkəzi Depozitar müvafiq icra hakimiyyəti orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsidir.
Milli Depozit Mərkəzinin vəzifələrinə
  • qiymətli kağızların saxlanması və uçotunun aparılması;
  • qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması;
  • qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi;
  • qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması; nominal saxlayıcıların hesablarının uçotunun aparılması;
  • qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;
  • öz üzvlərinə, emitentlərə, fond birjalarına, klirinq təşkilatlarına fəaliyyətində nəzərdə tutulan vəzifələrlə əlaqədar xidmətlərin göstərilməsi;
  • müştərilərin sorğusu əsasında hesablarından çıxarışların;
  • aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;
  • “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlər, yəni, investisiya fondunun səhmlərinin (paylarının) saxlanılması, onlara hüquqların, yüklülük faktlarının uçotu və təsdiqi, investisiya fondunun idarəçilikdə olan aktivlərinin, onlara dair sənədlərin saxlanılması və uçotunun aparılması, habelə, pul hesablarının açılması və aparılması, pul köçürmələrinin həyata keçirilməsi daxildir.
Mərkəzi Depozitarın ali idarəetmə orqanı Müşahidə Şurası, icra orqanı isə İdarə Heyətidir, üzvləri investisiya şirkətləri və investisiya fondlarının depozitarlardır.
Milli Depozit Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir.

Bakı Fond Birjası

Bakı Fond Birjası 2000-ci ildə qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş və hazırda yerli banklar, brokerlər və Borsa İstanbul da daxil olmaqla 20 səhmdarı mövcuddur. Bakı Fond Birjası QSC Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edir.
Birjanın fəaliyyəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən tənzimlənir. BFB-də Pay bazarı, Borc alətləri bazarı, Repo Bazarı və Törəmə maliyyə alətləri bazarları mövcuddur.
Hal-hazırda BFB-də Dövlət qiymətli kağızları, Korportiv qiymətli kağızlar və Törəmə maliyyə alətləri ticarət olunur. Ticarət olunan alətlərin tam siyahısı aşağıdakı kimidir:
  • Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin istiqrazları
  • Azərbaycan Respublikasının Mərkəzi Bankın notları
  • İpoteka istiqzarları
  • Səhmlər
  • REPO əməliyyatları
  • Valyuta və əmtəə əsaslı törəmə maliyyə alətləri
Qanunvericiliyə əsasən birjada ticarət yalnız birja üzvləri arasında təşkil olunur, istisna olaraq yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı üzv olmadan ticarətdə iştirak edə bilər.
BFB-nin fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin hüquqi-normativ aktları və BFB-nin nizamnaməsi və daxili qaydaları əsasında təşkil edilmişdir.


İnvestisiya Şirkətləri

İnvestisiya Şirkətləri investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
İnvestisiya Şirkətləri aşağıdakı əsas və yardımçı xidmətləri göstərirlər:

Əsas investisiya xidmətləri (əməliyyatları):
  1. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
  2. fərdi investorların portfelinin idarə edilməsi;
  3. investisiya məsləhətlərinin verilməsi;
  4. qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
  5. qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
  6. mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
  7. marja ticarəti.

Yardımçı investisiya xidmətləri (əməliyyatları):
  1. müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
  2. investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
  3. qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;
  4. təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
  5. əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.

Renkinq
"Unicapital İnvestisiya Şirkəti" ASC
347,886,717.00
"Paşa Kapital İnvestisiya Şirkəti" QSC
333,564,117.33
"İnvest-Az İnvestisiya Şirkəti" QSC
241,321,836.79
"AzFinance İnvestisiya Şirkəti" QSC
223,317,666.16
"PSG Kapital İnvestisiya Şirkəti" QSC
6,829,289.74
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC
4,882,972.35
Ətraflı