BİZİMLƏ ƏLAQƏ
İdarə Heyətinin Sədri

Ceyhun İbrahimov

Ceyhun Eldar oğlu İbrahimov - 26 Yanvar 1981-ci ildə anadan olub. 1998 - 2002-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetininin Kommersiya fakültəsini bitirmişdir. 2003-cü ildən Kapital bazarlarında fərdi treyder olaraq fəaliyyət göstərir. 2006-cı ildən InvestAZ Beynəlxalq İnvestisiya şirkətində işləyir. 2012-ci ilin may ayından InvestAZ şirkətinin müdir müavini vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.
 
İdarə Heyətinin Üzvləri

Fariz  Əzizov
 
Fariz Nazim oğlu Əzizov – 1978-ci il avqustun 15-də Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Mühasibat və audit” fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə “Azal Sığorta” Səhmdar Sığorta Şirkətində başlamışdır. Sonrakı illərdə müxtəlif yerlərdə çalışmışdır, o cümlədən “Ata Sığorta” ASC-in İdarə Heyətinin sədr müavini vəzifəsində işləmişdir. 2007-2008-ci illər ərzində Böyük Britaniyanın “Lancaster University Business School” məktəbində  təhsil almış və Biznesin idarə edilməsi üzrə  magistr dərəcəsi almışdır. 2009-cu ilin fevral ayında MDM-in İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. 2011-ci ilin aprel ayından MDM-in İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. 2014-cü ilin yanvar ayından isə Bakı Fond Birjasının İdarə Heyətinin Sədri vəzifəsində çalışır. Ailəlidir.
 
Araz Əliyev
 
Araz İsmayıl oğlu Əliyev 1960-cı ildə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Maliyyə-kredit”, 1995-ci ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə bitirmişdir. O, 1977-ci ildən əmək fəaliyyətinə başlamış, 1978-1987-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında böyük xəzinədar-inkassator, təftişçi, böyüktəftişçi, idarə rəisinin müavini, 1988-ci ildən 1992-ci ilədək bankın Bakı şəhəri Xətai rayon şöbələrində müdir vəzifəsində çalışmışdır. Əliyev Araz İsmayıl oğlu 1993-2000-ci illər ərzində Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankında Qiymətli kağızlar idarəsinin rəisi, eyni zamanda İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləmiş, 2000-2004-cü ilədək Birləşmiş Universal Səhmdar Bankının Nərimanov və Abşeron rayon filiallarında müdir, bankın xəzinədarlıq departamentinin direktoru kimi rəhbər vəzifələrdə çalışmışdır. O, 2004-cü ildən «Kapital Bank» ASC-nin departament direktoru və İdarə Heyətinin üzvü olmuş, 19 fevral 2007-ci il tarixindənisə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2013-cü ilədək bu vəzifədə çalışmışdır. Eyni zamanda Əliyev Araz İsmayıl oğlu 2012-2013-cü illərdə “Əmanətçilərə Birdəfəlik Ödəmələrin verilməsi Mərkəzi”nin direktoru vəzifəsində çalışmışdır. O, 2013-cü ildən 2014-cü ilin sentyabr ayınadək “Bank of Azerbaijan” ASC-nın Müşahidə Şurasının üzvü vəzifəsində işləyirdi. 2014-ci il ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Fakültəsində dərs demişdir. 15 sentyabr 2014-cü ildən “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
 
 
Mirsəyyad Mahmudov
 
Mirsəyyad Mahmudovun yerli kapital bazarlarında maliyyə vasitəçiliyi üzrə 4 ildən artıq peşəkar təcrübəsi vardır. Daha öncə Mirsəyyad Mahmudov Paşa Bankda FX, likvidliyin idarə edilməsi, səhm ticarəti və bu kimi digər vəzifələrə məsul şəxs vəzifəsində çalışmışdır. Hal-hazırda isə Paşa Kapital İnvestisiya Şirkətində maliyyə vasitəçiliyi üzrə əməliyyatlara rəhbərlik edir və institusional satışlar üzrə cavabdeh şəxsdir. Mirsəyyad Mahmudov maliyyə vasitəçiliyi xidmətlərinin həyata keçirilməsi üçün həm Bakı Fond Birjası, həm də Nəzarət orqanı tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnamələrinə malikdir.  Mirsəyyad Mahmudov Maliyyə sahəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Qafqaz Universitetində isə magistr pilləsində təhsili almışdır.
 
İntiqam Səfərəliyev
 
Hal-hazırda "AzFinance İnvestisiya Şirkəti" QSC-də çalışır. 2006-cı ildə “Çelsi Kapital” MMC şirkətinə direktor vəzifəsində çalışan İntiqam Səfərəliyev, daha öncə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli Kağızların Buraxılışı və Qeydiyyatı şöbəsində Baş mütəxəssis vəzifəsində çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsinin Bakalavr və Magistr (qırmızı diplom) pilləsini bitirib. Evlidir, iki övladı var.

Renkinq
"Paşa Kapital İnvestisiya Şirkəti" QSC
505,644,053.83
"Unicapital İnvestisiya Şirkəti" ASC
291,548,385.28
"İnvest-Az İnvestisiya Şirkəti" QSC
222,476,473.80
"AzFinance İnvestisiya Şirkəti" QSC
178,185,842.17
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC
79,924,854.59
"PSG Kapital İnvestisiya Şirkəti" QSC
26,833,110.09
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC
0.00
Ətraflı