BİZİMLƏ ƏLAQƏ
“Bakı Fond Birjası” QSC

Məlumat:
Bakı Fond Birjası 2000-ci ildə qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş və hazırda yerli banklar, brokerlər və Borsa İstanbul da daxil olmaqla 20 səhmdarı mövcuddur. Bakı Fond Birjası QSC Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edir.
 
Birjanın fəaliyyəti hal-hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs tərəfindən tənzimlənir. BFB-də Pay bazarı, Borc alətləri bazarı, Repo Bazarı və Törəmə maliyyə alətləri bazarları mövcuddur.
Hal-hazırda BFB-də Dövlət qiymətli kağızları, Korportiv qiymətli kağızlar və Törəmə maliyyə alətləri ticarət olunur. Ticarət olunan alətlərin tam siyahısı aşağıdakı kimidir:
  • Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin istiqrazları
  • Azərbaycan Respublikasının Mərkəzi Bankın notları
  • İpoteka istiqzarları
  • Səhmlər
  • REPO əməliyyatları
  • Valyuta və əmtəə əsaslı törəmə maliyyə alətləri
Qanunvericiliyə əsasən birjada ticarət yalnız birja üzvləri arasında təşkil olunur, istisna olaraq yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı üzv olmadan ticarətdə iştirak edə bilər.
BFB-nin fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin hüquqi-normativ aktları və BFB-nin nizamnaməsi və daxili qaydaları əsasında təşkil edilmişdir.

“Milli Depozit Mərkəzi” QSC

Məlumat:
 Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Depozitarıdır. Mərkəzi Depozitar müvafiq icra hakimiyyəti orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsidir.
 
Milli Depozit Mərkəzinin vəzifələrinə
-         qiymətli kağızların saxlanması və uçotunun aparılması;
-         qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması;
-         qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi;
-         qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması; nominal saxlayıcıların hesablarının uçotunun aparılması;
-         qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;
-         öz üzvlərinə, emitentlərə, fond birjalarına, klirinq təşkilatlarına fəaliyyətində nəzərdə tutulan vəzifələrlə əlaqədar xidmətlərin göstərilməsi; 
-         müştərilərin sorğusu əsasında hesablarından çıxarışların;
-         aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi və
-         “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlər, yəni, investisiya fondunun səhmlərinin (paylarının) saxlanılması, onlara hüquqların, yüklülük faktlarının uçotu və təsdiqi, investisiya fondunun idarəçilikdə olan aktivlərinin, onlara dair sənədlərin saxlanılması və uçotunun aparılması, habelə, pul hesablarının açılması və aparılması, pul köçürmələrinin həyata keçirilməsi daxildir. 
    Mərkəzi Depozitarın ali idarəetmə orqanı Müşahidə Şurası, icra orqanı isə İdarə Heyətidir, üzvləri investisiya şirkətləri və investisiya fondlarının depozitarlardır.
    Milli Depozit Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir.


“AzFinance İnvestisiya Şirkəti” QSC

Məlumat:
2013-cü ildə əsası qoyulan AzFinance İnvestisiya Şirkəti, yerli investorlar, institutsional investorlar və zəngin şəxslər üçün professionallıq və müştəri məmnuniyyəti üzərində qurulmuş maliyyə-investisiya xidmətləri göstərir. AzFinance İnvestisiya Şirkəti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənayə Nazirliyi tərəfindən verilmiş İnvestisiya fəaliyyəti üzrə müvafiq lisenziya malik olmaqla qiymətli kağızlar bazarında fəaliyyət göstərməkdədir. 2 mart 2015-ci il tarixində AzFinance İnvest Bakı Fond Birjası QSC-də üzv olaraq qeydiyyatdan keçmişdir.
 
AzFinance İnvestisiya Şirkətinin nizamnamə kapitalı 1,000,000 AZN təşkil edir ki, bu da bazardakı investisiya şirkətləri arasında ən yüksək göstəricidir.
AzFinance İnvestisiya Şirkəti ənənəvi broker və diler xidmətlərindən başqa, portfel idarəetməsi, anderraytinq, marjinal ticarət və investisiya məsləhəti xidmətlərini təqdim edir. Həmçinin müştərilərinə 24 xarici bazara, xüsusilə ABŞ bazarlarına çıxış imkanı verir.
Şirkət kifayət qədər qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq əhəmiyyətli uğurlar əldə etməyə müvəffəq olmuşdur. Belə ki, AzFinance İnvestisiya Şirkəti ABŞ-ın Maliyyə Bazarlarını Tənzimləmə Komissiyasından (FINRA) müsbət rəy almış Azərbaycanın tək investisiya şirkətidir.
Bundan başqa, AzFinance İnvestisiya Şirkəti, Birjanın hər ay açıqladığı brokerlərin reytinqində 2015-ci il mart ayı reytinqində tutduğu 8-ci pillədən iyun ayında 2-ci pilləyə yüksəlmişdir. Şirkət 2015-ci ilin mart ayında BFB-nin dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatlar istisna olmaqla) göstərdiyi əməliyyatların həcmi 895,581 AZN idisə, iyun ayında əməliyyatların həcmi 32,557,861 AZN olub, bu isə 4 ay ərzində əməliyyat həcmində 35.4 dəfə artım deməkdir.

AzFinance İnvest öz dayanıqlı inkişafı ilə, dünyada iqtisadi artım tempinin aşağı olduğu, qeyri-müəyyənliyin və risklərin artdığı bir vaxtda, qiymətli kağızlar bazarı vasitəsilə, Azərbaycanın qeyri-neft sektorunda dəyər yaradan bir şirkət kimi seçilməyi qarşısına məqsəd qoyub.


“InvestAZ İnvestisiya Şirkəti" QSC

Məlumat:
Dünya Maliyyə bazarlarında müştərilərinə 10 ildən artıq peşəkar xidmət göstərən şirkət, Qiymətli kağızlar bazarı haqqında yeni qanunvericiliyin tələblərinə uyğun olaraq, təşkilati-hüquqi formasında dəyişiklik edərək, 2016-cı ilin yanvar ayından etibarən səhmdar cəmiyyəti kimi fəaliyyət göstərir. “İnvestAZ İnvestisiya Şirkəti” QSC İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müddətsiz verilən İnvestisiya fəaliyyəti üzrə lisenziyaya malikdir və bütün əsas və yardımçı investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
 
Türkiyə “Sermaye Piyasası Kurulu” tərəfindən diler, broker və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malikdir; ( ARK/P4-28703.06.13, ARK/TAASA-210 26.11.13, ARK/KAS-24 12.08.13, ARK/ASA-406 26.11.12 ). Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür. Bakı Fond Birjası ilə “Forex və CFD” ticarət alətlərinin likvidliyinin təmin edilməsi üzrə market-meykerdir. Dünyada valyuta bazarının ən böyük iştirakçılarının daxil olduğu ən geniş likvidlik hovuzuna malik olan şirkətlərdən biridir. NASDAQ birjasının ticarət seansının açılışında iştirak edən Azərbaycanın tək İnvestisiya şirkətidir.


“UniCapital İnvestisiya Şirkəti” ASC

Məlumat:
”Unicapital İnvestisiya Şirkəti” ASC 2016-cı ilin yanvar ayında "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq investisiya fəaliyyəti üzrə lisenziya almışdır. "Unicapital İnvestisiya Şirkəti" ASC "Unicapital" ASC-nin hüquqi varisi olaraq fəaliyyət göstərir, təsisçisi və yeganə səhmdarı ”UNIBANK” Kommersiya Bankı” ASC-dir.
 
"Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan Unicapital İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uzun illərə dayanan uğurlu bazar təcrübəsi sayəsində “Unicapital İnvestisiya Şirkəti” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün uğurlu tərəfdaşlardan biridir. “Unicapital İnvestisiya Şirkəti” şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərməkdədir. İnvestorlar “Unicapital İnvestisiya Şirkəti”nin qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdikləri əqdlərin bağlanması zamanı kredit və ya digər formada borc verilməsi, qiymətli kağızlar bazarında investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması kimi yardımçı investisiya xidmətlərindən də istifadə edə bilərlər.


“Kapital Menecment İnvestisiya Şirkəti” ASC

Məlumat:
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC 2016-cı ilin yanvar ayında Azərbaycan Respublikası "Qiymətli kağızlar bazarı haqqında qanunun" tələblərinə uyğun olaraq formalaşdırılmış və yeni lisenziyasını alaraq  13 illik fəaliyyətin davamlılığını təmin etmışdır. "Kapital Menecment İnvestisiya Şirkəti" ASC Qiymətli kağızlar bazarında "Texnika Kapital Menecment" MMC-nin hüquqi varisi olaraq fəaliyyət göstərir.
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC aşağıda qeyd olunan xidmətlər üzrə fəaliyyət göstərir:
1. Daxili və xarici fond bazarlarında bütün qiymətli kağız əməliyyatları;
2. Fərdi investorların portfelinin idarə edilməsi;
3. investisiya məsləhətlərinin verilməsi;
4. qiymətli kağızların və TMA-nin yerləşdirilməsi 
5. marja ticarəti (Forex daxil olmaqla).
6. müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, 
7. investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin üçün kredit verilməsi;
8. investisiya tədqiqatı və maliyyə təhlillərinin aparılması;
9. investisiya üçün valyuta mübadiləsi aparılması.


“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Məlumat:
“PAŞA” şirkətlər qrupuna daxil olan "PAŞA Kapital İnvestisiya Şirkəti, 2012-ci ilin iyun ayında təşkil olunaraq dövlət qeydiyyatından keçmiş və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilən, 24 avqust 2012-ci il tarixli 123 (broker fəaliyyəti üzrə) və 124 (diler fəaliyyəti üzrə) saylı lisenziyalar əsasında fəaliyyətə başlamışdır. Hal-hazırda isə 9 mart 2016-cı ildə AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş №088806-li lisenziya (investisiya fəaliyyəti üzrə) əsasında fəaliyyət göstərir.
 
“PAŞA Kapital Investisiya Şirkəti” QSC kapital bazarının bütün sahələrində vəsaitlərin səmərəli şəkildə idarə olunmasında yerli və xarici investorları maksimum səviyyədə dəstəklənməsini təmin edir. PAŞA Kapital İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında aşağıdakı fəaliyyət növlərini həyata keçirir:
 
          Əsas investisiya xidmətləri (əməliyyatları):
   - qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
   - fərdi investorların portfelinin idarə edilməsi;
   - qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
   - qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
   -mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
          Yardımçı investisiya xidmətləri (əməliyyatları):
    - müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
    - investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
    - qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;
    - təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
    - əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.

 

PSG- Kapital İnvestisiya Şirkəti

Məlumat:
PSG- Kapital Investisiya Şirkəti "PSG Broker" MMC-nin hüquqi varisidir və 2012-ci ildə yaradılmışdır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, PSG-Kapital İnvestisiya Şirkətinə 01 avqust 2016-cı ildə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən №1-li lisenziya verilmişdir.
 
PSG-Kapital İnvestisiya Şirkətinin əsas məqsədi investorların ən çətin tələblərinə cavab verməklə, investorlara Azərbaycanın yerli və beynəlxalq maliyyə bazarlarına çıxış imkanı verməkdir. Şirkət qiymətli kağızlar bazarında investisiya şirkəti olaraq, həm əsas, həm də yardımçı investisiya xidmətlərini göstərirlər. PSG-Kapital İnvestisiya şirkəti PSG Broker MMC-nin hüquqi varisi olaraq, bir neçə yüksək əhəmiyyətli layihələrə imza atmışdır.

 

Renkinq
"Paşa Kapital İnvestisiya Şirkəti" QSC
505,644,053.83
"Unicapital İnvestisiya Şirkəti" ASC
291,548,385.28
"İnvest-Az İnvestisiya Şirkəti" QSC
222,476,473.80
"AzFinance İnvestisiya Şirkəti" QSC
178,185,842.17
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC
79,924,854.59
"PSG Kapital İnvestisiya Şirkəti" QSC
26,833,110.09
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC
0.00
Ətraflı