BİZİMLƏ ƏLAQƏ
“Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər”mövzusunda konfrans keçirilib.
 
Oktyabrın 17-də Bakı Fond Birjası (BFB) və “SOCAR Capital” şirkətinin təşkilatçılığı ilə Bakıda “Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Azərbaycanın fond bazarının təmsilçiləri, dövlət qurumları, iri holdinq, bank, investisiya və sığorta şirkətləri nümayəndələri və müstəqil ekspertlərin iştirak etdiyi  tədbirdə kapital bazarlarında mövcud vəziyyət, bu sahədəki çağırışlar, aparılan islahatlar və yaradılan imkanlar geniş müzakirə olunub.                                                                                                                                                                                                                                                                                                                         ətraflı oxu                                                                                17.10.2017                                                                                                      




“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi Marja-Biznes və Maliyyə Xəbər Agentliyi ilə əməkdaşlığa başlamışdır.
Əməkdaşlığın əsas məqsədi ölkəmizin qiymətli kağızlar bazarı haqqında yerli vətəndaşlarımızı, investorları maarifləndirmək, bu istiqamətdə baş verən yeniliklər barədə ətraflı məlumat vermək, həmçinin oxuyucuları maraqlandıran mövzuların ekspertlər tərəfindən cavablandırılmasını təmin etməkdir.                                                                                                                        ətraflı oxu                                 08.02.2017






“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin üzvləri və sədri seçilmişdir
30.09.2016-cı il tarixində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yığıncağın keçirilməsində əsas məqsəd Assosiasiyanın Nizamnaməsinə uyğun olaraq, İdarə Heyətinin üzvlərinin və sədrinin yenidən seçilməsi olmuşdur.
                                                                                                                                            ətraflı oxu               30.09.2016









"Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilmişdir.
17 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) üzvlərinin iştirakı ilə Ümumi Yığıncağı keçirilmişdir.
                                                                                                       
  ətraflı oxu                       17.12.2015








İnvestisiya fəaliyyəti üçün lisenziyalar ASAN Xidmət vasitəsilə veriləcək
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən Dövlət başçısının 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırığa uyğun olaraq, İnvestisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi ASAN Xidmət vasitəsilə həyata keçiriləcəkdir.                                                                                                                                                                                               ətraflı oxu                         28.10.2015





“Qiymətli kağızlar bazarı haqqında” Qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimi keçirilmişdir- 06 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə “Boulevard Hotel Baku” mehmanxanasında “Qiymətli kağızlar bazarı haqqında” Qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimi keçirilmişdir. Mərasimdə qiymətli kağızlar bazarı üzrə dövlət siyasətini formalaşdıran QKDK-nın rəhbər vəzifəli şəxsləri, bu sahədə çalışan peşəkarlar, ölkənin bank və maliyyə sektoru üzrə ixtisaslaşmış dövlət və özəl qurumları, maliyyə vasitəçiləri, həmçinin  Dünya Bankı başda olmaqla, aparıcı beynəlxalq donor təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdirlər.                                                                                                                                                                       ətraflı oxu                         06.10.2015





“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti Ümumi Yığıncağında yeni lisenziyalaşdırma qaydaları üzvlərə təqdim olundu- 06 avqust 2015-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilmişdir. İclas zamanı həmçinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Lisenziyalaşdırma və Nəzarət şöbəsinin müdiri Cavid Nəzərov iclas iştirakçılarına “İnvestisiya şirkətləri” mövzusunda geniş təqdimat keçirmişdir.                                                                                              ətraflı oxu                       
   06.08.2015








"Qiymətli kağızlar bazarının yeni əməliyyat infrastrukturu" Assosiasiyanın üzvlərinə təqdim edildi- 05 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının üzvlərinin iştirakı ilə tədbir təşkil edilmişdir.                                                                                                                                ətraflı oxu                                                                                                               

   05
.06.2015




 “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti iclası keçirilmişdir- 14 aprel 2015-ci il tarixində “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası”  İctimai Birliyinin növbəti iclası keçirilmişdir. İclasın keçirilməsində məqsəd qiymətli kağızlar bazarı iştirakçılarını bir araya toplamaq və gündəlikdə duran məsələlərin müzakirəsi olmuşdur. Həmçinin qiymətli  kağızlar bazarının inkişafı üçün qanunvericilikdə nəzərdə tutulan yeniliklər barəsində də iclas iştirakçılarına məlumatlar verilmişdir.                                                                                                                                                 ətraflı oxu                 14.04.2015





 "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin "Gələcəyə Baxış" adlı tədbiri keçirilmişdir- 24 dekabr 2014-cü il tarixində “Azərbaycan Fond Bazarı      İştirakçılarının Assosiasiyası” (AFBİA) İctimai Birliyi “Gələcəyə baxış” adlı tədbir keçirmişdir. Tədbirdə AFBİA-nın İdarə heyətinin sədri Ceyhun İbrahimov görülmüş işlər və 2015-ci ilin hədəfləri  barədə məlumat verib. O qeyd edib ki, Assosiasiyanın əsas məqsədi peşəkar iştirakçılar ilə tənzimləyici orqan olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və ticarətin təşkilatçısı olan Bakı Fond  Birjası arasında körpü rolunu oynamaqdır.                                                                                                                                                                                                                             ətraflı oxu                          24.12.2014
 

Renkinq
"Paşa Kapital İnvestisiya Şirkəti" QSC
617,830,084.08
"Unicapital İnvestisiya Şirkəti" ASC
440,692,650.25
"İnvest-Az İnvestisiya Şirkəti" QSC
357,652,687.48
"AzFinance İnvestisiya Şirkəti" QSC
187,072,364.17
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC
89,870,144.85
"PSG Kapital İnvestisiya Şirkəti" QSC
33,587,118.13
"Kapital Menecment İnvestisiya Şirkəti" ASC
0.00
Ətraflı