İDARƏ HEYƏTİ


İDARƏ HEYƏTİNİN SƏDRİ

Ceyhun İbrahimov

    Ceyhun Eldar oğlu İbrahimov - 26 Yanvar 1981-ci ildə anadan olub. 1998 - 2002-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetininin Kommersiya fakültəsini bitirmişdir. 2003-cü ildən Kapital bazarlarında fərdi treyder olaraq fəaliyyət göstərir. 2006-cı ildən InvestAZ İnvestisiya şirkətində işləyir. 2012-ci ilin may ayından “InvestAZ İnvestisiya şirkəti” QSC-nin müdir müavini vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ

Vüqar Namazov

Namazov Vüqar Faiq oğlu 16 dekabr 1984-cü ildə anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsini bakalavr, 2007-ci ildə Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini magistr dərəcəsi ilə bitirmişdir. 2014-cü ildə Layihələrin İdarə Edilməsi İnstitutu (PMI) tərəfindən təqdim olunan Peşəkar Layihə Meneceri (PMP) sertifikatını əldə etmişdir.

Əmək fəaliyyətinə 2006-cı ildə “Bakı Fond Birjası” QSC-də başlamış və birjada ticarətin təşkili, ticarət platformaları, listinq, depozitar, klirinq və hesablaşmalar, strateji planlama və idarəetmə sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2006-cı ildə BFB-nin Ticarət Departamentinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə BFB-nin İdarə Heyətinin üzvü seçilmişdir və Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildən BFB-nin İdarə Heyətinin sədr müavini, Əməliyyat və İnformasiya texnologiyaları üzrə direktor vəzifəsinə təyin olunmuşdur. 2017-ci ildən etibarən İdarə Heyətinin sərdi vəzifəsinə təyin olunmuşdur.

Müxtəlif dövrlərdə Azərbaycan Dövlət İqtisad Universitetində MBA və magistr fakultələrində pedoqoji fəaliyyətlə məşğul omuşdur.

Araz Əliyev

Araz İsmayıl oğlu Əliyev 1960-cı ildə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Maliyyə-kredit”, 1995-ci ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə bitirmişdir. O, 1977-ci ildən əmək fəaliyyətinə başlamış, 1978-1987-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında böyük xəzinədar-inkassator, təftişçi, böyüktəftişçi, idarə rəisinin müavini, 1988-ci ildən 1992-ci ilədək bankın Bakı şəhəri Xətai rayon şöbələrində müdir vəzifəsində çalışmışdır. Əliyev Araz İsmayıl oğlu 1993-2000-ci illər ərzində Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankında Qiymətli kağızlar idarəsinin rəisi, eyni zamanda İdarə Heyətinin sədrinin müavini vəzifəsində işləmiş, O, 2004-cü ildən «Kapital Bank» ASC-nin departament direktoru və İdarə Heyətinin üzvü olmuş, 19 fevral 2007-ci il tarixindənisə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2013-cü ilədək bu vəzifədə çalışmışdır. Eyni zamanda Əliyev Araz İsmayıl oğlu 2012-2013-cü illərdə “Əmanətçilərə Birdəfəlik Ödəmələrin verilməsi Mərkəzi”nin direktoru vəzifəsində çalışmışdır. 15 sentyabr 2014-cü ildən “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Mirsəyyad Mahmudov

Mirsəyyad Mahmudovun yerli kapital bazarlarında maliyyə vasitəçiliyi üzrə 4 ildən artıq peşəkar təcrübəsi vardır. Daha öncə Mirsəyyad Mahmudov Paşa Bankda FX, likvidliyin idarə edilməsi, səhm ticarəti və bu kimi digər vəzifələrə məsul şəxs vəzifəsində çalışmışdır. Hal-hazırda isə Paşa Kapital İnvestisiya Şirkətində maliyyə vasitəçiliyi üzrə əməliyyatlara rəhbərlik edir və institusional satışlar üzrə cavabdeh şəxsdir. Mirsəyyad Mahmudov maliyyə vasitəçiliyi xidmətlərinin həyata keçirilməsi üçün həm Bakı Fond Birjası, həm də Nəzarət orqanı tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnamələrinə malikdir. Mirsəyyad Mahmudov Maliyyə sahəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Qafqaz Universitetində isə magistr pilləsində təhsili almışdır.

İntiqam Səfərəliyev

Hal-hazırda "AzFinance İnvestisiya Şirkəti" QSC-də çalışır. 2006-cı ildə “Çelsi Kapital” MMC şirkətinə direktor vəzifəsində çalışan İntiqam Səfərəliyev, daha öncə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli Kağızların Buraxılışı və Qeydiyyatı şöbəsində Baş mütəxəssis vəzifəsində çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsinin Bakalavr və Magistr (qırmızı diplom) pilləsini bitirib. Evlidir, iki övladı var.


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017