İSTİQRAZ BAZARI



İstiqraz- emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır. Başqa sözlə, istiqraz sahibi istiqrazı dövriyyəyə buraxan şirkətə bir növ borc verir və istiqraz vasitəsilə bunu rəsmiləşdirir. Bunun qarşılığında isə stiqrazlar investorlara müəyyən müddətlər üzrə sabit gəlir qazanmaq imkanı verir. Sabit gəlir qazanmaq və az risk etməyi sevən şəxslər (investorlar) əsasən istiqrazlara yatırım etməyə üstünlük verirlər. Belə ki, Siz yatırım etdiyiniz məbləğdən əlavə kupon faiz dərəcəsi üzrə məbləği, yəni əlavə gəlirinizi də əvvəlcədən müəyyənləşdirilmiş vaxtlarda əldə edirsiniz.


Hal-hazırda ölkəmizin qiymətli kağızlar bazarında daim alınıb- satıla bilən, yəni marketmeykeri olan istiqrazların qiymətləri ilə bağlı məlumatları aşağıdakı cədvəldən əldə edə bilərsiniz:


Sıra
№-si
EmitentNominalAlış qiymətiSatış qiymətiKupon faiz dərəcəsiÖdəniş tarixi







1Azərbaycan Dövlət Neft Şirkəti
1000.00 USD
1000.28 USD
1006.70 USD
5.00 %
17.10.2021
2Unibank ASC
1000.00 AZN
839.81 AZN
894.12 AZN
14.00 %
29.05.2018
3Bakcell MMC1000.00 AZN
967.68 AZN
1002.95 AZN
9.00 %
17.12.2017



Ticarət olunan digər istiqrazlarla bağlı məlumatları isə buradan əldə edə bilərsiniz.







İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017