REPO/ƏKS REPO BAZARI



Repo əməliyyatı – Repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır). Repo bazarı Bazar iştirakçıları üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları burada öz aralarında repo əməliyyatları bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.


Repo əməliyyatı repo açılış əqdi və Repo bağlanış əqdi olmaqla iki hissədən ibarətdir:
- Repo açılış əqdi Repo əməliyyatının birinci hissəsi olmaqla, investisiya qiymətli kağızların satılması (alınması) üzrə Birjanın ticarət sistemində bağlanılmış əqddir;
- Repo bağlanış əqdi Repo əməliyyatının ikinci hissəsi olmaqla, investisiya qiymətli kağızlarının geri satın alınması (satılması) üzrə Birjanın ticarət sistemində bağlanılmış əqddir.


Repo alıcısı Repo açılış əqdi zamanı qiymətli kağızların alıcısı qismində, Repo bağlanış əqdi zamanı qiymətli kağızların satıcısı qismində çıxış edən Repo əməliyyatının iştirakçısıdır. Repo satıcısı isə Repo açılış əqdi zamanı qiymətli kağızların satıcısı qismində, Repo bağlanış əqdi zamanı qiymətli kağızların alıcısı qismində çıxış edən Repo əməliyyatının iştirakçısıdır. Repo əməliyyatının tərəfləri qimində adətən banklar çıxış edir. Lakin repo predmeti ola bilən qiymətli kağızlara malik digər şəxslər də Repo alıcısı və ya satıcısı ola bilər.


Repo predmeti olaraq aşaıdakı qiymətli kağızlar iştirak edə bilərlər:




Qrup
№-si
EmitentDövlət qeydiyyat nömrəsi
Qiymətli kağızın növü
Təminat həcmi (təminat əmsalı faizlə)





1Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Bütün cari və növbəti buraxılışlar
Qısa müddətli notlar
0.00 %
2Azərbaycan Respublikasının Mərkəzi Bank
Bütün cari və növbəti buraxılışlar
Dövlət istiqrazı
0.00 %
3Azərbaycan İpoteka Fondu
Bütün cari və növbəti buraxılışlar
İpoteka istiqrazı
0.00 %
4Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
AZ2001019895
faizli istiqraz
5.00 %
5Unibank ASC
AZ2009002026
faizli istiqraz
40.00 %
6Bakcell MMC
AZ2002009465
faizli istiqraz
40.00 %
7Holcim Azərbaycan ASC
AZ2002009465
Səhm
40.00 %
8Cənubtikintiservis ASC
AZ1001004691
Səhm
40.00 %
9Bakı ixtisaslaşdırılmış mexanizasiya  - 7 ASC
AZ1001000848
Səhm
40.00 %
10Bakıinşaatsənaye ASC
AZ1001001564
Səhm
40.00 %
11Bakı tikinti materialları ASC
AZ1001000863
Səhm
40.00 %
12AZENCO ASC
AZ1001008452
Səhm
40.00 %
13Sumqayıt çörək ASC
AZ1001017230
Səhm
40.00 %
14Savalan ASC
AZ1001012488
Səhm
40.00 %
15EVRASCON ASC
AZ1001000871
Səhm
40.00 %
16Dərnəgülsənayetikinti ASC
AZ1001000376
Səhm
40.00 %

İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017