ÜZVLƏR


1
1
BAKI FOND BİRJASI

Bakı Fond Birjası 2000-ci ildə qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş və hazırda yerli banklar, İnvestisiya şirkətləri və Borsa İstanbul da daxil olmaqla 20 səhmdarı mövcuddur. Bakı Fond Birjası QSC Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edir.

ƏTRAFLI MƏLUMAT

2 MİLLİ DEPOZİT MƏRKƏZİ

Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Depozitarıdır. Mərkəzi Depozitar müvafiq icra hakimiyyəti orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsidir. Belə ki, Mərkəzi Depozitar olaraq, Milli Depozit Mərkəzi qiymətli kağızların qeydiyyatı, saxlanması funksiyalarını həyata keçirir. Bundan əlavə Milli Depozit Mərkəzi alqı-satqı əqdləri üzrə hesablaşmaların təşkilini (Klirinqini) həyata keçirir.

ƏTRAFLI MƏLUMAT

3
3
AZFİNANCE İNVESTİSİYA ŞİRKƏTİ 

2013-cü ildə əsası qoyulan AzFinance İnvestisiya Şirkəti, yerli investorlar, institutsional investorlar və zəngin şəxslər üçün müştəri məmnuniyyəti üzərində qurulmuş maliyyə-investisiya xidmətləri göstərir. Şirkət Azərbaycan Respublikasının İqtisadiyyat və Sənayə Nazirliyi tərəfindən verilmiş İnvestisiya fəaliyyəti üzrə müvafiq lisenziya malik olmaqla qiymətli kağızlar bazarında fəaliyyət göstərməkdədir. 

ƏTRAFLI MƏLUMAT

4 INVESTAZ İNVESTİSİYA ŞİRKƏTİ

Dünya Maliyyə bazarlarında müştərilərinə 10 ildən artıq peşəkar xidmət göstərən şirkət, Qiymətli kağızlar bazarı haqqında yeni qanunvericiliyin tələblərinə uyğun olaraq, təşkilati-hüquqi formasında dəyişiklik edərək, 2016-cı ilin yanvar ayından etibarən səhmdar cəmiyyəti kimi fəaliyyət göstərir. “İnvestAZ İnvestisiya Şirkəti” QSC İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müddətsiz verilən İnvestisiya fəaliyyəti üzrə lisenziyaya malikdir və bütün əsas və yardımçı investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

ƏTRAFLI MƏLUMAT

5
5
KAPİTAL MENECMENT İNVESTİSİYA ŞİRKƏTİ

"Kapital Menecment İnvestisiya Şirkəti" ASC 2016-cı ilin yanvar ayında Azərbaycan Respublikası "Qiymətli kağızlar bazarı haqqında qanunun" tələblərinə uyğun olaraq formalaşdırılmış və yeni lisenziyasını alaraq  13 illik fəaliyyətin davamlılığını təmin etmışdır. "Kapital Menecment İnvestisiya Şirkəti" ASC Qiymətli kağızlar bazarında "Texnika Kapital Menecment" MMC-nin hüquqi varisi olaraq fəaliyyət göstərir.

ƏTRAFLI MƏLUMAT

6PAŞA KAPİTAL İNVESTİSİYA ŞİRKƏTİ

“PAŞA” şirkətlər qrupuna daxil olan "PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında təşkil olunaraq dövlət qeydiyyatından keçmiş və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilən, 24 avqust 2012-ci il tarixli 123 (broker fəaliyyəti üzrə) və 124 (diler fəaliyyəti üzrə) saylı lisenziyalar əsasında fəaliyyətə başlamışdır. Hal-hazırda isə 9 mart 2016-cı ildə AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş №088806-li lisenziya (investisiya fəaliyyəti üzrə) əsasında fəaliyyət göstərir.

ƏTRAFLI MƏLUMAT

7
5
PSG-KAPİTAL İNVESTİSİYA ŞİRKƏTİ

"PSG- Kapital" Investisiya Şirkəti "PSG Broker" MMC-nin hüquqi varisidir və 2012-ci ildə yaradılmışdır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, PSG-Kapital İnvestisiya Şirkətinə 01 avqust 2016-cı ildə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən №1-li lisenziya verilmişdir.

ƏTRAFLI MƏLUMAT

8UNİCAPİTAL İNVESTİSİYA ŞİRKƏTİ

”Unicapital İnvestisiya Şirkəti” ASC 2016-cı ilin yanvar ayında "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq investisiya fəaliyyəti üzrə lisenziya almışdır. "Unicapital İnvestisiya Şirkəti" ASC "Unicapital" ASC-nin hüquqi varisi olaraq fəaliyyət göstərir, təsisçisi və yeganə səhmdarı ”UNIBANK” Kommersiya Bankı” ASC-dir.

ƏTRAFLI MƏLUMAT

9
5
Xalq KAPİTAL İNVESTİSİYA ŞİRKƏTİ

"Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 2007-ci ildə təsis edilmiş "Xalq Kapital" MMC-nin hüquqi varisidir, 2017-ci ilin İyun ayında Azərbaycan Respublikası "Qiymətli kağızlar bazarı haqqında qanunun" tələblərinə uyğun olaraq yenidən formalaşdırılaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qiymətli kağızlar bazarında investisiya xidmətləri göstərilməsi üçün lisenziya əldə etmişdir. "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin təsisçisi və 100% payla yeganə sahibi ASC"Xalq"Bankıdır.

ƏTRAFLI MƏLUMAT


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017