İDARƏ HEYƏTİ


İDARƏ HEYƏTİNİN SƏDRİ

Ceyhun Hacıyev

    Ceyhun Hacıyev 19 iyul 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsinin İqtisadi Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Daha sonra təhsilini davam etdirmək məqsədilə 2011-ci ildə İsveçrənin Ali Bank Təhsili İnstitutuna (ISFB- Institut Superieur de Formation Bancaire) daxil olmuş və bu təhsil müəssisəsini fərqlənmə ilə bitirərək Özəl Bankçılıq (Private Banking) üzrə diplom əldə etmişdir.
    Əmək fəaliyyətinə 2007-ci ildə "PAŞA Bank" ASC-nin Strateji İnkişaf departamentində icraçı vəzifəsində başlamış, 2007-2012-ci illərdə isə Xəzinədarlıq Departamentində müxtəlif vəzifələrdə çalışmışdır. 2013-cü ildən 2016-cı ilə qədər "PAŞA Bank" ASC-də çalışmaqla yanaşı "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin meneceri vəzifəsini də icra etmişdir. 2018-ci ilin mart ayında "PAŞA Bank" ASC-nin Xəzinədarlıq departamentinin direktoru, həmin ilin aprel ayında isə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin direktoru vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin noyabr ayından etibarən "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin Sədridir.

İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ

Eldar Abdullayev

Abdullayev Eldar Faiq oğlu 4 fevral 1972-ci ildə anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmiş, 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyası MBA proqramı üzrə magistr təhsili almışdır.

Əmək fəaliyyətinə 2006-cı ildə “Bakı Banklararası Valyuta Birjası" QSC-də Qiymətli kağızlar Departamentinin direktoru vəzifəsində başlamışdır. Müxtəlif kommersiya banklarında İdarə Heyətinin üzvü vəzifəsində işləmişdir.

2017-ci ildə "Günay Bank" ASC-nin İdarə Heyəti Sədrinin müavini vəzifəsində çalışmışdır. 28 yanvar 2019-cu ildə "Bakı Fond Birjası" QSC-də Əməliyyat və İnormasiya Texnologiyaları üzrə direktor vəzifəsinə təyin edilmişdir. 


3 iyun 2019-cu il tarixindən "Bakı Fond Birjası" QSC-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə İdarə Heyətinin Sədri vəzifəsini müvəqqəti icra edir.

Adışirin Qasımov

Qasımov Adışirin Firudun oğlu 1965-ci ildə anadan olmuşdur. O, 1983-1991-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. A.Qasımov 1995-ci ildən 2009-cu ilə qədər Azərbaycan Respublikası Mərkəzi Bankında müxtəlif vəzifələrdə, o cümlədən, Hesablaşmalar, Bazar əməliyyatları, Daxili audit, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət, Nağd pul departamentlərinin direktoru vəzifələrində işləmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mərkəzi Bankın yanında Maliyyə Monitorinq xidmətinin direktoru vəzifəsinə təyin edilmişdir. 2016-2020-ci illərdə Mərkəzi Bankın Nağd pul departamentinin rəhbəri vəzifəsində çalışmışdır. A.Qasımov Milli Depozit Mərkəzinin Müşahidə Şurasının 6 avqust 2020-ci il tarixli qərarı ilə Milli Depozit Mərkəzinin İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.

Ceyhun İbrahimov

Ceyhun İbrahimov 26 yanvar 1981-ci ildə anadan olmuşdur. 19980-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Kommersiya fakültəsini bitirmişdir. 2003-cü ildən Kapital bazarlarında fərdi treyder olaraq fəaliyyət göstərir. 2006-cı ildən İnvestAZ İnvestisiya Şirkətində işləyir. 2012-ci ilin may ayından "İnvestAZ İnvestisiya Şirkəti" QSC-nin Direktor müavini vəzifəsində çalışır. Həmçinin 2014-cü ilin avqustundan 2020-ci ilin noyabr ayına kimi Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının İdarə Heyətinin Sədri vəzifəsində çalışmışdır.

İntiqam Səfərəliyev

Hal-hazırda "AzFinance İnvestisiya Şirkəti" QSC-də çalışır. 2006-cı ildə “Çelsi Kapital” MMC şirkətinə direktor vəzifəsində çalışan İntiqam Səfərəliyev, daha öncə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli Kağızların Buraxılışı və Qeydiyyatı şöbəsində Baş mütəxəssis vəzifəsində çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsinin Bakalavr və Magistr (qırmızı diplom) pilləsini bitirib. Evlidir, iki övladı var.

Tələt Kalayev

Tələt Kalayev 3 sentyabr 1987-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2004-2008 və 2008-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında BBA və MBA proqramları üzrə təhsil almış və müvafiq olaraq bakalavr və magistr dərəcəsinə malikdir. Daha sonra o, Azərbaycan-Almaniya əməkdaşlıq çərçivəsində təhsilini Almaniyanın Aşağı Saksoniya Menecment Akademiyasında davam etdirib və "Managing SMEs" proqramını müvəffəqiyyətlə bitirmişdir. Azərbaycan Kapital bazarlarında 12 ildən çox iş təcrübəsinə malik olan Tələt Kalayev, müxtəlif illərdə "Standard Kapital", Böyük Britaniyanın "Kazimir Partners" İnvestisiya şirkəti (tədqiqatçı-analitik), Bakı Fond Birjası (Ticarət və Üzvlük departamentinin rəhbəri) və "PAŞA Kapital" İnvestisiya şirkətində (direktor müavini) çalışıb. Hal-hazırda T.Kalayev "Unicapital İnvestisiya Şirkəti" ASC-də biznes və biznesin inkişafı üzrə Baş Menecerin müavini vəzifəsində çalışır. CFA level II namizəddir.

Ruslan Cəfərov

Cəfərov Ruslan Nazim oğlu 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. İsveçrənin "Montreux Business School"un MBA proqramı üzrə magistridir. Əmək fəaliyyətinə 2005-ci ildən başlamışdır. 13 ildən artıqdır ki, Kapital bazarları sektorunda fəaliyyət göstərir. 2007-ci ildən 2015-ci ilədək Texnika Kapital Menecment broker şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2015-ci ildən 2017-ci ilin sonunadək "Kapital Menecment İnvestisiya Şirkəti" ASC-də direktor vəzifəsində çalışmışdır. 2018-ci ildə "Bank BTB" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən "BTB Kapital İnvestisiya Şirkəti" ASC-yə direktor vəzifəsinə təyin edilmişdir.


İnvestisiya şirkətlərinin renkinqi

Burada siz İnvestisiya şirkətlərinin renkinqi ilə tanış ola bilərsiniz.

ƏTRALI MƏLUMAT

Xəbərləri təqib et

Ölkəmizin qiymətli kağızlar bazarındakı yenilikləri buradan təqib edə bilərsiniz.

ƏTRALI MƏLUMAT

© 2017 AFBIA. Bütün hüquqlar qorunur. | Version 3.0 © 2007-2017